12 fevral bazar ertəsi səhər saatlarında İsrail qırıcıları Rəfah şəhərinin mərkəzində Fələstin Qızıl Aypara Cəmiyyətinin qərargahı yaxınlığındakı yaşayış evlərini hədəfə alıb və indiyədək 100-dən çox fələstinli şəhid olub, 230-dan çox insan isə yaralanıb.
Xəbər mənbələri bu hücumda şəhid və yaralananların sayının hələ də artmaqda olduğunu bildiriblər.
Əmir Abdullahiyan İsrailin hərbi cinayətlərinin Rəfaha qədər uzanmasına reaksiya verib
12 fevral 2024 at 21:15
Xəbər kodu:
85384986
Tehran - İRNA - İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: “İşğalçı İsrail rejiminin Rəfahdakı fələstinli qaçqınlara qarşı müharibə cinayətləri və soyqırımlarının əhatə dairəsinin genişləndirilməsi Təl-Əviv üçün ağır nəticələrə səbəb olacaq.”
Sizin rəyiniz